AzərBoru ASC haqqında Xəbərlər və yeniliklər Bizim məhsul İstehsalat texnologiyaları Sərgilər Əlaqə məlumatı
Saytın əvvəlinə Saytın xəritəsi AzərBoru-da axtarış


1950-ci illər
  MALIYYƏ HESABATI


2020
Auditor rəyi
Mühasibat balansı haqqında hesabat
Mənfəət və zərər haqqında hesabat
Kapitalda dəyişiklər haqqında hesabat
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
Konsolide_hesabatlar_2015.PDF




TARİX
              Azərbaycan Boruyayma Zavodu 1947-ci ildə Sumqayıt şəhərində, Xəzər sahilində yaradılıb və Azərbaycan qara metallurgiyasının pioneri sayılır.
1952-ci ilin Yeni il gecəsi zavodun birinci boruyayma aqreqatı “140” işə salınıb. 1957 və 1959-cu illərdə digər yayma maşınları - “250-1” və “250-2” istehsalata buraxılıb. 1954-cü ildə zavodun Marten sobaları ilk poladı istehsal ediblər. 1957-ci ilin iyul ayında blüminq yayma maşını “850” və eyni zamanda boru tədarükü yayma maşını “700” istismara verilib.
           Azərbaycanın  ilk polad borusu 1952-ci ildə istehsal edilib. Həmin andan zavodun əsas məhsulu qazma, qoruyucu, nasos-kompressor, neft-qaz boruları, həmçinin ümumi təyinatlı borular olub.

“Azerpipe” MMC Rusiya bazarında fəaliyyətinə 2012-ci ilin dekabr ayında başlamışdır. Bu şirkət “Azərboru” Azərbaycan boruyayma zavodunda istehsal olunan məhsullara müştərilərin getdikcə artan marağına cavab olaraq müəssisənin rəhbərliyi tərəfindən yaradılmışdır. Bu gün Azerpipe” MMC Rusiya, Ukrayna, Qazaxıstan bazarlarına, habelə Avropa ölkələrinə tikişsiz boru məhsullarını təchiz edən müəssisələr şəbəkəsini təmsil edir. Əlverişli coğrafi mövqeyi, dəmir yolu, avtomobil və su magistrallarının mümkünlüyü, Moskva və Samara vilayətlərində iki anbar kompleksinin olması (20 min tona qədər boru məhsulları ehtiyatı ilə) şirkətə tərəfdaşlarının yüksək keyfiyyətli tikişsiz polad borularına olan tələbatlarını anbar ehtiyatlarından və sifarişlər götürməklə tez və dəqiq təmin etməsinə imkan verir. Bu gün şirkət “Azərboru” zavodunun Ticarət Evidir.



   
 
BU GÜN
              Bizim fəaliyyətimizin xüsusiyyəti belədir ki, biz bilavasitə bizim məhsulumuzun son istehlakçılarıyla çalışırıq yəni "Business-to-Business". Bu səbəbdən biz, bizim müştərilərimizin uzunmüddətli inkişaf strategiyalarının öyrənilməsinə xüsusi diqqət ayırırıq ki, sabah istehlakçıya lazım olan məhsulun istehsalına elə bu gündən hazır olaq.   
MİSSİYAMIZ             
   PARTNYORLUQ  — Biz öz biznesimizin effektivliyinin və partnyorlarımızın biznesinin artımı üçün etibarlı                                      və uzunmüddətli əlaqələr yaradırıq    
   NAİLİYYƏTLƏR  — Məhsulun keyfiyyətini və istehsalat göstəricilərini yaxşılaşdıraraq biz Şirkətin etibarını                                      artırırıq       
   ETİBARLILIQ      — Biz nəyi söz veririksə, onu yerinə yetiririk. Bizim üçün uzunmüddətli əlaqələrin                                      qorunması ani xeyirdən daha əhəmiyyətlidir
   ƏMƏKDAŞLAR    — Biz şərait yaradırıq ki, bizim işçilər, inkişaf və əmin-amanlıq nailiyyəti üçün böyük                                      imkanlara malik olsunlar
   MƏSULİYYƏT      — Biz yaşadığımız cəmiyyəti inkişaf etdirir və bizi əhatə edən mühitə diqqətlə yanaşırıq
   
   HÖRMƏT              — Biz müştərilərimizin prinsiplərinə, əməkdaşların inamlarına böyük dəyər verir,                                       işlədiyimiz ölkələrin adət və ənənələrinə hörmətlə yanaşırıq
 
 

İNSAN RESURSLARI SİYASƏTİMİZ


       Biz qoyulan vəzifələrə uyğun işləyə bilən peşəkarlarla çalışırıq.  Müəssisənin işçiləri qoyulmuş vəzifələrin öhdəsindən konstruktiv qaydada, vaxtında və yüksək səviyyədə gəlmək üçün lazımi bilik və təcrübəyə malik olan mütəxəssislərdir.

      Biz layihələr  üzrə apardığımız işi dəqiqliklə hər saat üçün planlaşdırırıq. İş  prossesinin təşkilinə riayət edərək, biz qısa vaxt ərzində və iş keyfiyyətinə nəzarət əsasında məhsulu istehsal etmək iqtidarındayıq. Artıq vaxtın sərf olunması nə bizim üçün, nə də istehlakçılar üçün xeyirlidir.
      Hesab edirik ki, məhz peşəkarlardan ibarət həmrəy və mütəşəkkil heyyət bu cür çətin vəzifələrin öhdəsindən gələ bilər və öz alıcıları ilə birgə bazar iqtisadiyyatının tələblərini yerinə yetirərək, inkişaf edə bilər.

      Biz regionda ən münasib qiymət, keyfiyyət, vaxt amillərini əks etdirərək zəmanətli boru istehsalını təmin edirik.

 
     

  Download "Azerpipe JSC" video (MP4)

| Bizim haqda | Xəbərlər | Məhsul |Texnologiya | Sərgilər | Əlaqələr |
| Əvvələ | Xəritə | Axtarış |
Copyright © AzerPipe JSC. 2011